Vitaminlərin insan orqanizminə xeyri

Vitaminlərin insan orqanizminə xeyri

Təsadüfi deyil ki, vitaminlər həm tibbin əsas xəzinəsidir, həm də təbiətin sirrlərindən biridir. Vitaminlərin bir hissəsinin müstəqil şəkildə insan orqanizmində yaranması, digər hissəsinin isə insan bədəninə yalnız qida ilə daxil olmasının səbəbi hələ də bəlli deyil. Bu icmalda vitaminlərin insana verdiyi fayda və gətirə biləcəyi zərərlər haqqında məlumat verəcəyik.

Hamıya məlumdur ki, orqanizmdə baş verən bütün neqativ halların əksəriyyəti vitaminlərin normadan az və ya həddən artıq olması səbəb olur.

Bütün vitaminlər iki qrupa bölünür:

        1. Yağlarda həll olunanlar

        2. Suda həll olunanlar

Birinci qrupa A, D, E və K vitaminləri daxildir, ikinciyə isə B, C, P vitamin qrupları aiddir.

A vitamini. Onu boy vitamini də adlandırırlar, çünki skeletin formalaşmasını məhz o təmin edir. Bundan başqa A vitamini tənəffüs və qida sistemlərinin düzgün işlənməsini təmin edir. Bu vitamini heyvanın qara ciyərində, balıq kürüsündə, süddə, pendirdə, bir sözlə canlı mənşəyli məhsullarda tapmaq olar. Orqanizmin A vitamini ilə zənginləşdirilməsinin bir yolu da qırmızı və narıncı rəngli tərəvəzlər yeməkdir.

D qrupplu vitaminlər və ya kalsiferollar sümük toxuçalarının formalaşmasında iştirak edərək kalsium və fosfor kimi xeyirli elementlərin orqanizmdə daha yaxşı sovrulmasını təmin edirlər. Bu qrup vitaminlərin fəqli xüsusiyyətləri yüksək temperatura davamlı olmasıdır ki, bunun sayəsində D vitamininin xeyrindən lazımınca bəhrələnə bilirik.

E Vitamin (tokoferol) və ya artım vitamini. Bu ad özünü doğruldur, çünki məhz bu vitamin dərinin nəfəs alma prosesində iştirak edir və sərbəst radikalların artmasını əngəlləyir ki, bunun nəticəsində eritrosit membranlarının dayanıqlığı artır. Cinsiyyət vəzləri isə birbaşa bu vitamindən asılıdır. Bu vitaminin balansının pozulması cinsiyyət sisteminə zərər vura bilər. Ümumilkdə isə əvəzolunmaz olan E vitamini ürək əzələlərinin, sinir sistemininin və qaraciyərin normal işləməsini təmin edir.

K vitamini qanın normal laxtalanmasını təmin edir. Ondan güclü qanaxma, gemarragik deatezlər və qaraciyər funksiyasının bəzi pozulma hallarında istifadə olunur. Bəzən insan və ya heyvanın qidasına böyük həcmdə xarab olmuş məhsul düşə bilər. Bu cür məhsulların tərkibinə kumarin adlı zəhərli maddə daxildir ki, o, qaraciyəri məhv edir. Məhz K vitamini kumarin, aflotoksin və orqanizmdə yığılan digər zəhərli maddələri neytrallaşdırır.

B qrup vitaminlər sözün əsl mənasında əvəzolunmazdır,çünki orqanizmimizdə demək olar ki heç bir sistem B qrup vitaminlərsiz normal fəaliyyət göstərə bilmir. Bu qrup vitamin birləşmələrini ayrılıqda nəzər salaq:

                                                              

Tiamin (B1) – sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz komponentdir, yaddaş prosesini yaxlışaşdırır, beyini qlükoza ilə təmin edir. Yağlar, zülal və karbohidratların enerjiyə çevrilmə prosesində aktiv iştirak edir, turşuluğu normallaşdırır, immuniteti artırır.

Riboflavin (B2) – maddələr mübadiləsinin aktiv iştirakçısıdır. Zülal sintezi, yağların parçalanması və bir çox maddənin qana sovrulması prosesləri yalnız riboflavinin iştirakı ilə baş verir. B2 vitamininin görmə orqanlarına faydası da ispat olunmuş faktdır. Riboflavin həmçinin eritrositlərin yaranmasını stimullaşdırır və hemoqlobinin sintezində iştirak edir.

 

Nikotin turşusu (B3, PP və ya niasin) – enerji mübadiləsinin aktiv iştirakçısıdır, molekulların parçalanması və onlardan həyat lazım olan enerjinin əldə olunmasına kömək edir, sinir sistemi üçün əvəzsizdir. Niasinin çatışmazlığı psixiki sağlamlığın pozulmasına, stessin artmasına, yuxusuzluğa və əsəbillərin pozulmasına səbəb olur.

 

Xolin (B4) – sinir sisteminin əvəzolunmaz komponentidir, yaddaşı yaxşılaşdırır, qara ciyərdə lipid mübadiləsində iştirak edir.

 

Kalsium pantotenat (B5 və ya pantoten turşusu) – toxumaların regenirasiyasını təmin edir, hüceyrələrin metabolizmində aktiv iştirak edir, həmçinin dəri örtüyü və selikli qişaların infeksiyalardan qirunmasına cavabdehdir.

Piridoksin (B6) – “yaxşı əhval-ruhiyyə” vitaminidir. Nikbinlik, normal yuxu və iştaha cavabdehlik daşıyan seratonin hormonunun ifraz olunmasını məhz B6 təmi edir. Zülal mübadiləsində iştirak edir, qanda eritrositlərin yaranmasını stimullaşdırır.

Biotin (B7) – enerji mübadiləsinin iştirakçısı olmaqla kaloriyə malik müxtəlif qida maddələrindən enerjinin alınmasını mümkün edir.

İnozitol (B8) – Baxmayaraq ki, inozitol sinir sisteminin fəaliyyətinə çox yaxşı təsir edir bu vitaminin xeyirli xüsusiyyətləri haqda bəzi insanlar məlumatsızdır (çoxları isə ümumiyyətlə B8 vitamininin mövcudluğundan xəbərsizdir). O, sinir hüceyrələrini bərpa edir, yuxunu yaxşılaşdırır və “antidepressant” vitamin sayılır.

Fol turşusu (B9) – nuklein turşularının sintezinin ən önəmli iştiralçısıdır, hüceyrələrinin bölünməsini təmin edir, eritrositlərin sayını artırır. B9 vitaminin hamilə qadınların orqanizminə geniş xeyirli təsirləri tibbə çoxdan məlumdur və adətən hamiləliyin ilk günlərindən qəbul edilir.

 

Paraaminobenzoy turşusu (B10) – B10 vitamininin faydası bağırsaq florasının aktivləşdirilməsi və dərininin sağlam formada qalmasından ibarətdir. Bu vitamin qanın yaranması və zülalın parçalanmasında da aktiv iştirak edir.

 

Levokarnitin (B11) - enerji mübadiləsinin əsas stimullaşdırıcısıdır, orqanizmin böyük gərginliklərə davamlılığını nəzərə çarpacaq dərəcədə artırır. B11 ən çox enerji sərf edən sistemlərin işləməsində əvəzsizdir (ürək, beyin, böyrəklər, əzələlər).

Sianokobalamin (B12) – qida maddələrinin emal olunmasında aktiv iştirak edir və enerjinin hasil olmasınə təmin edir. Aminturşuları və hemoqlobininin sintezində iştirak edir, sinir həmçinin immun sistemlərinin normal işləməsinə kömək edir.

C vitamini (askorbin turşusu) – orqanizmin demək olar ki bütün biokimyəvi proseslərində iştirak edir. C vitamini hüceyrələrin normal inkişafını, yaraların sağalmasını, stressə qarşı müqaviməti, normal immun statusunu təmin və qanın yaranmasında iştirak edir. Əsasən meyvə və tərəvəzlərin tərkibində olur.