Meyvələrin faydası

Meyvələrin faydası

Çiyələk - Stresə xeyir edir, sakitləşdirici təsiri vardır, siqaret tüstüsünün təsirini azaldır. Siqaret çəkilən bir otağda olarkən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.

Kivi - Bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınası lazım olan C vitamini ehtiyatından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.

Banan - Ürəyə və əzələ sisteminə yararlıdır, yorgunluğa xeyir edir, yüksək təzyiqin qarşısını alır. Yuxunu rejimə salır, mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir. Xolestrolu azaldır və mədə ağrısına faydalıdır. Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir.

Üzüm - Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimləyər, qaraciyəri təmizləyir. Qara üzüm qabığı və tumları ilə yeyilərsə, hüceyrə yenilənir. Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsinin lazım olduğunu unutmayın.

Alma - Qanı və böyrəkləri təmizləyir, cildə parlaqlıq və gözəllik verir, soyuqdəyməyə və öskürəyə xeyirlidir. Həzm sistemindəki narahatlığa kömək edir, baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır, qandakı şəkəri nəzarətdə saxlayır. Revmatizmə kömək edir


Albalı - Giləsində şəkər nisbəti aşağı olduğu üçün daha az kalorilidir. Qızdırmanı salır, susuzluğu keçirir. Tünd rəngli albalı açıq rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir.

Armud - Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayır. Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır. Qan azlığına və qəbizliyə yaxşı təsir edir.

Ananas - Bakteriya və parazitlərlə mübarizədə faydalıdır. Həzmi asanlaşdırır. İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir.