Şokolad haqqında maraqlı faktlar

Şokolad haqqında maraqlı faktlar

İlkin olaraq “şokolad” sözünün bir neçə mənası var idi. Aztek dilindən o , “acı su” , yunan dilindən isə “Allahların qidası” kimi tərcümə edilirdi.

1875 -ci ildə iki isveçrəli Daniel Peter və Henri Nestle qatılaşdırılmış süd ilə şokoladın qarışdırılma üsulunu icad edirlər. Beləliklə, dünyada ilk südlü şokolad əmələ gəlir.

Ən böyük şokolad plitəsi 4, 42 ton ağırlığında olub və Ginnesin rekordlar kitabına daxil edilib. Onun uzunluğu 5, 6 m, hündürlüyü 25 sm, eni isə 2, 75 m təşkil edirdi.

Stress vəziyyətində olan insanlar nisbətən normal vəziyyətdə olan insanlardan

55 % qədər çox şokolad istifadə edirlər.

Şokoladın bir neçə inqredientləri ürək və damar sistemi üçün çox xeyirlidirlər.

Məhz fransızlar iyirmi il əvvəl bu təamın şərəfinə bayram fikirləşmişdilər.

Hal-hazırda 11 iyul Beynəlxalq Şokolad günü kimi qeyd edilir!

Uzun bir müddət bu məhsul yalnız qızdırılmış maye halında istifadə olunurdu. Beləliklə isti şokolad əmələ gəlmişdi.

Yalnız XIX əsrdə şokoladı presləyən maşın icad olunmuşdu. Məhz o zaman ilk şokolad plitəsi əmələ gəlmişdi.

Şokoladın təxminən əlli faizini yağ təşkil etdiyi üçün bu məhsul kaloriyalı və qidalandırıcıdır.

Şokoladın ağızda əriməsi insana “xoşbəxtlik” hissini yaşadır.