Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Tərəvəzlərin müalicəvi əhəmiyyəti

Tərəvəzlərin tərkibində orqanizm üçün son dərəcə faydalı maddalər, orqanizmin normal inkişafının təmin edən çoxlu vitaminlərdən başqa bir sıra müalicə xarakteri daşıyan maddələr vardır.
Badımcan-tərkibində karotin, b qruplu vitaminlər, kalium, kalsium və dəmir duzları çoxdur. Ateroskleroza qarşı ən yaxşı vasitələrdən biridir. İştahanın artmasına, ürək fəaliyyətinin yaxşılaşmasına kömək edir.
Balqabaq-tərkibində şəkər və pektin maddələri, kalium, kalsium,maqnezium duzları,fosfor turşusu,dəmir,karotin,b1,b2,s vitaminləri nikotin turşusu vardır. Xalq təbabətində pörtülmüş və ya köz üzərində bişirilmiş balqabağı mədə və on iki barmaq bağırsaq yarasında,çiy və bişmiş halda sarılıq xəstəliyinə tutulanlara,böyrəklərin iltihabı zamanı sidikqovucu kimi müalicə məqsədilə verilir.
Qovun-tərkibində çox miqdarda şəkər var.C vitamini, foli və nikotin turşuları karotin olur. Qovundan hazırlanmış riqal,mürəbbə,doşab və qovun qurusunu ürək-damar sistemi xəstəliyi zamanı,qaraciyər,böyrək xəstəliklərində,eləcə də qan azlığında qəbul etmək məsləhətdir.
Qırmızı bibər-tərkibində çoxlu miqdarda  C vitamini,karotin,kalium və maqnezium duzları var.İştahartırıcı kimi,həmçinin qanazlığında sinqa və digər avitaminozlarda yaxşı müalicə vasitəsidir.
Əvəlik-tərkibində aşı maddəsi,üzvi turşular,C vitamini və başqa üzvi maddələr vardır.Əvəlik aşı ishalın qarşısını alır,mədənin həzm etmə prosesini yaxşılaşdırır,iştahanı artırır,sinqa xəstəliyinin qarşısını alır.
Vəzəri-tərkibində B,E,C vitaminləri vardır,təzə vəzəri iştahgətirici,qanartırıcı təsirə malikdir. Eyni zamanda sinqa (C-avitaminozu zamanı diş ətindən qanaxma) xəstəliyinə tutulanlara müsbət təsir göstərir.
Yerkökü-tərkibində şəkər,pektazon,pektin,maddələri,alma turşusu,dəmir karotin ,b1,b2,C,K vitaminlərilə zəngin olan qiymətli tərəvəz bitkisidir.Xalq təbabətində yerkökü şirəsindən ciyər xəstəliyi zamanı göy öskürəyə qarşı,qanartırıcı,həzm prosesini yaxşılaşdırıcı,böyrək daşı zamanı sidikqovucu vasitə kimi işlədilir.
Kartof-tərkibində nişasta,şəkər,pekitazon,dekstrin,pekltin maddələri,b1,b2,C,K vitaminləri,lumu və alma turşuları,maqnezium vardır.Xalq təbabətində kartof şirəsindən vərəmə qarşı,göy öskürəyə qarşı istifadə olunur.Təzə kartof şirəsi hipertoniya xəstəliyində,müsbət təsir göstərir,mədə və oniki barmaq bağırsaqda yarası olanlarda yeməkdən 30-dəqiqə əvvəl və gecə yatmazdan qabaq 1-xörək qaşığı içmək xəstəliyin tez sağalmasına və ağrıların çəkilməsinə kömək edir.
Kahı-yarpaqlarında şəkər,üzvi turşular,karotin,B,E,C,və K vitaminləri,kalsium duzu,dəmir,fosfor və digər vacib maddələr toplanmışdır. Kahı yarpağı və yarpağın suyundan şəkər diabeti zamanı istifadə edilir.