Alçanın faydaları

Alçanın faydaları

Alça həzm sisteminin normal qaydada fəaliyyət göstərməsini təmin edir və qəbzliyi aradan qaldırır. Alça lif baxımından zəngin olduğu üçün mədə ağrısı və qaz probleminin qarşısını alır. 
İmmun sisteminin yaxşılaşmasına güclü təsir edir. 
Çoxlu alça yemək diş ətini gücləndirir. Diş sağlamlığının qorunmasında da əhəmiyyətli rol oynayır. 
Dəmir əskikliyinin qarşısını almaq üçün müalicə müddətində istifadəsi olduqca xeyirlidir. Alça orqanizmdə qan yaranmasına yardım edir. Həmçinin anemi kimi qan hüceyrələrinin əskikliyi ilə bağlı yaranan xəstəliklərin qarşısını alçadakı C vitamini alır.
Gözəl və sağlam bir bədənə yiyələnmək üçün alça yemək mütləqdir. 
C vitamini bədəndəki toxumaları gücləndirir və beləcə daha möhkəm bədənə sahib olmaqda öz töhfələrini verir. 
Arıqlamaq istədiyiniz zaman alça yeyin. Alça yemək qan şəkərinə müsbət təsir edir. Alça yedikdən sonra qanda qlukoza orta səviyyədə olur. Qanda şəkər nə qədər balanslaşmış olarsa, kilo vermək bir o qədər asan və sürətli olar. 
Alçada yüksək miqdarda antioksidant olduğu üçün beyin və qanda yağ daxili pərdənin zərər görməsini əngəlləyir. 
Alça sevənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və xroniki ağciyər kimi xəstəliklərdən uzaq olduğunu alimlər müəyyənləşdirib. 
Revmatizmadan əziyyət çəkənlərə də xeyri var. Kalium və maqnezium mineralları ilə zəngin meyvədir. 
Yaşlıların alça yeməsi isə onların görmə qabiliyyətinə yaxşı təsir etdiyi fikri irəli sürülür. Alça həm də qızdırmanı aşağı salma xüsusiyyətnə malikdir. 
Tərkibində B vitamini olan alça ürək, böyrək və qaraciyər xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir. Qan azlığını aradan qaldırır, iştahı açır və ehtiva etdiyi liflər sayəsində həzmi asanlaşdırır. Lakin alçanı çox yedikdə islah kimi problemlər ortaya çıxır.
Alçanı duzla yeyənlər, diqqət!!! 
Alçanı duzla yemək olduqca çox rastlanan bir vəziyyətdir. Dadı çox gözəl olsa da, fərqində olmadan çoxlu miqdarda qəbul edilən duz, həm suyun bədəndə tutulmasına səbəb olur, həm də təzyiq problemi olanlara mənfi təsir edir.