Azərbaycan, Bakı, Bülbül pr. 65 C

05/08/2019

Bu gün Bakıda “RAHAT” supermarketlər şəbəkəsinin daha yeni bir filialı fəaliyyətə başladı.

Yeni “RAHAT” supermarket Xətai rayonu, Nobel prospekti 189 (Asiman şadlıq sarayının yanı, köhnə Megastore marketin yeri) ünvanında yerləşir. Qeyd edək ki, yeni mağazasını müştərilərinin xidmətinə verən Rahat market, ümumi market sayını 40-a çatdırdı.

Yeni “RAHAT” supermarketin açılışı ilə əlaqədar olaraq yüzlərlə məhsul xüsusi endirimli və hədiyyəli müştərilərinə təqdim olunub. Açılış günləri xüsusi bayram tədbirləri ilə müşayiət olunacaq. Hər kəsi möhtəşəm aksiyalardan yararlanmağı tövsiyyə edirik.