Azərbaycan, Bakı, Bülbül pr. 65 C

Şikayətlərə vaxtında baxılma hüququ

Mağazalarında sizi narahat edən hər bir məsələylə bağlı şikayətlərinizi müştəri xidmətləri stendində yazılı şəkildə bildirə bilərsiniz.

Əlaqə nömrənizi yazdığınız təqdirdə məsələnin həlli ilə əlaqədar sizinlə qısa zamanda əlaqə saxlanılacaq.

Mağaza işçilərindən hansısa sizə qarşı nəzakətli davranmazsa, vəzifə borclarını layiqincə yerinə yetirməzsə, həmin işçi haqda "Şikayət anketi" yazma hüququnuz vardır. Hər bir işçinin üzərində ad, soyad və vəzifəsi olan yaxa kartı vardır. Şikayət anketini dolduraraq mağazada xüsusən hazırlanmış "Şikayət Qutusu"na atın.

Narazılığınıza səbəb olan işçinin üzərində ad, soyad və vəzifəsi göstərilən Yaxa Kartı olmadığı təqdirdə, həmin işçidən, Yaxa Kartını təqdim etməyini tələb etmə hüququnuz vardır.

Şikayətlərinizi birbaşa "*5551 müştəri xidmətləri" nömrəsinə də bildirə bilərsiniz.

Aldığınız məhsulu geri qaytarma hüququ

Mağazalardan aldığınız istənilən məhsulu 15 gün ərzində geri qaytara bilərsiniz. Bunun üçün mütləq alış-veriş qəbzi təqdim olunmalıdır. Əks halda geri qaytarma mümkün olmayacaqdır.

 

Ucuz qiymətə alma hüququ

Etiketdə göstərilən qiymətlə kassa qiyməti arasında fərq olarsa, ödənişi daha aşağı olan qiymətlə edə bilərsiniz.

Təzə məhsul alma hüququ

Mağazalardan aldığınız məhsulların içərisində son istifadə müddəti keçmiş məhsul olarsa, kassa ödəniş qəbzini gətirmək şərti ilə, həmin məhsulun yenisini pulsuz ala bilərsiniz.

* Görmək istədiyiniz məhsulu müştəri xidmətləri stendində yazılı şəkildə təklif edə bilərsiniz.