Bu gün Bakıda "Rahat" Supermarketlər şəbəkəsinin daha bir filialı müştərilərin istifadəsinə verilib.
Yeni “Rahat” Supermarket Nizami rayonu, 8 km yaşayış sahəsi, Nəsimi küç. 25 A (Səma mebel evinin 1-ci mərtəbəsi) ünvanında yerləşir. Bununla da "Rahat" Supermarketin ümumi market sayı 45 oldu.
Açılışla əlaqədar olaraq müştərilərə yüzlərlə xüsusi endirimli və hədiyyəli məhsul təqdim olunur.
Bundan əlavə, "Rahat" Supermarketin digər filiallarında olduğu kimi yeni filialımızda da mütəmadi olaraq endirimlər olacaq.
"Rahat" Supermarket müştərilərinə xidmət göstərməkdən məmnunluq duyur.