Fevralın 7-də Bakıda “RAHAT” Supermarketlər şəbəkəsinin daha yeni bir filialı fəaliyyətə başladı.
Yeni “RAHAT” supermarket Suraxanı rayonu, Yeni Günəşli qəs., AB yaşayış sahəsi 16A ünvanında yerləşir.
Qeyd edək ki, yeni mağazasını müştərilərinin xidmətinə verən Rahat market, ümumi market sayını 39-a çatdırdı. Xüsusi tərtibatda hazırlanan yeni market ən son texnoloji avadanlıqlarla təchiz olunub.
Dünyanın bir çox ölkəsindən gətirilən 15 mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan yeni Rahat supermarket, səbirsizliklə onu sevən müştərilərini gözləyir.
Yeni “RAHAT” supermarketin açılışı ilə əlaqədar olaraq 100lərlə məhsul xüsusi endirimli və hədiyyəli müştərilərinə təqdim olunub. Açılış günləri xüsusi bayram tədbirləri ilə müşayiət olunacaq.
Hər kəsi möhtəşəm aksiyalardan yararlanmağı tövsiyyə edirik.