Azərbaycan, Bakı, Bülbül pr. 65 C

Bu gün Bakıda daha bir filialımız - Rahat Gourmetmarket fəaliyyətə başladı

05/08/2019

Bu gün Bakıda daha bir filialımız - Rahat Gourmetmarket fəaliyyətə başladı. 
Yeni Rahat Gourmetmarket Xəzər rayonu, Buzovna ş.t. qəsəbəsi, Heydər Eyvazov 1 A ünvanında yerləşir. 
Yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan ola biləcək xüsusi ilə “RAHAT” gourmetmarket üçün gətirilən bir çox məhsullarla birgə, 10 mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan yeni gourmetmarket, səbirsizliklə onu sevən müştərilərini gözləyir.
Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, qurmanlarımız tərəfindən hər gün hazırlanan, qoxusundan doya bilməyəcəyiniz hazır yeməklər, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar, təndirdən isti-isti çörəklər sizin seçim ixtiyarınızdadır!
Açılışda "Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasın direktoru Samir Abdullayev də iştirak edib.Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi də aparılıb. 
Xüsusi tərtibatda hazırlanan yeni Gourmetmarket ən son texnoloji avadanlıqlarla təchiz olunub. 
Əziz izləyicilər, hər birinizi yeni filialımıza dəvət edirik.