Azərbaycan, Bakı, Bülbül pr. 65 C

Rahat Gourmetmarketin təntənəli açılışı oldu

05/08/2019

Bu gün Bakıda daha bir filialımızın - Rahat Gourmetmarketin təntənəli açılışı oldu.

Yeni Rahat Gourmetmarket Xəzər rayonun Mərdəkan qəsəbəsində, R. Yesenin küçəsi, ev 76/1 ünvanında yerləşir.

Yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan ola biləcək xüsusi ilə “RAHAT” gourmetmarket üçün gətirilən bir çox məhsullarla birgə, 10 mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan yeni gourmetmarket, səbirsizliklə onu sevən müştərilərini gözləyir.

Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, qurmanlarımız tərəfindən hər gün hazırlanan, qoxusundan doya bilməyəcəyiniz hazır yeməklər, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar, təndirdən isti-isti çörəklər sizin seçim ixtiyarınızdadır!

Xüsusi tərtibatda hazırlanan yeni Gourmetmarket ən son texnoloji avadanlıqlarla təchiz olunub.

Əziz izləyicilər, hər birinizi yeni filialımıza dəvət edirik.