Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Azərbaycan Ordusu isə genişmiqyaslı əks-hücum əməliyyatları ilə düşmənə qan uddurur.
Artıq günlərdir ki, ordumuzla yanaşı vətəndaşlarımız da düşmən təxribatına müqavimət göstərir, əsgərlərimizə hər an dəstəyini hiss etdirir.
Artıq on minlərlə azərbaycanlı könüllü şəkildə ordu sıralarına qoşulur, döyüşə getməyə hazır olduqlarını bildirir.
"Rahat market"in 100-ə yaxın əməkdaşı da könüllülər və çağırışçılar sırasındadır.
Bu səbəbdən şəbəkə rəhbərliyi cəbhəyə yollanan əməkdaşlarının ailələrini ziyarət edib, onlara dəstəyini çatdırıb. Bildirib ki, heç bir əməkdaşın gözü arxada qalmasın, daim ailələrinin yanında olacağıq.
"Rahat market"in rəhbərliyi və kollektivi hərbi xidmətdə olan əməkdaşları və bütün hərbi qulluqçuları ilə qürur duyur, onlara bol uğurlar arzu edir.
Qarabağ Azərbaycandır!